Kəpənək effekti yaratmaq istəyənlər üçün fərqindəlik bloqu
Əziz oxucu,
Mənim dünyam kəpənək effekti ilə tanış olduğum gündən dəyişməyə başladı. Həyatıma, özümə, ətrafa qarşı fərqindəlik qazandırdı. Bloq yazmaqda məqsədim elə fərqindəliklə bağlı öyrəndiklərimi, hekayələrimi səninlə paylaşmaqdır. Qələmimdən tökülənlər, qoy, sənin də ruhuna, qəlbinə yol tapsın və birlikdə kəpənək effekti yaradaq!
Unutmadan, adım Xədicədir. Həyat yolumun 29-cu ilindəyəm. Haqqımda daha çox öyrənmək istəsən, aşağıdakı linkdən keçid ala bilərsən.
-
Kainatin bu qədər kiçik parçası olmasına baxmayaraq, insanın ətrafındakı hadisələrə kifayət qədər böyük təsiri var. Eynilə kiçik bir kəpənəyin qanad çırpmasının qasırğa yarada bilməsi kimi.
-
O ki bir şairin ən sevimli misralarını bəzəyəcək gözəllikdədir..
Günəş o qədər aşiqdi ki o qadına, sevgisini xatırladacaq izlər buraxır üzündə.. -
Bu üzrüm burada qalsın. Təkrar - təkrar oxuyum, özümə xatırladım, unutmayım, yaddaşıma həkk edim. Əgər unutsam, həyat xatırlatmaqda gecikməsin. Ki indiyə qədər heç vaxt gecikməyib..