KƏPƏNƏK EFFEKTİ
Şübhəsiz, bir su damlası okeanda nədirsə, insan da sonsuz kainatda odur. Bəlkə də daha azı. Kainatin bu qədər kiçik parçası olmasına baxmayaraq, insanın ətrafındakı hadisələrə kifayət qədər böyük təsiri var. Eynilə kiçik bir kəpənəyin qanad çırpmasının qasırğa yarada bilməsi kimi. İnsan qasırğalara səbəb olmasın gərək. Dağıdıcı, məhvedici olmasın, gözəllikdən, sevgidən, elmdən bəslənsin. Kiçik də olsa, düzgün, düşünülmüş, seçilmiş addımlar atsın. Beləliklə, ətrafında təsəvvürünə belə gətirə bilməyəcəyi qədər sevincə, ümidə, gözəlliklərə vəsilə ola bilər.