Xoşbaxlıx,.. Xoşbaxlığın..
Ömrü boyu xoşbəxtliyə qafiyə axtarıb.. Moşu, tapa bilmərsən..
Bəxt üzüyü k/f
Xoşbəxtliyə qafiyə
Xoşbəxtlik ehtiyacımız
Hər birimiz mütləq ki həyatımızda bizi xoşbəxt edən bir şeylər olsun istəyirik. Mütləq ki, özümüzü xoşbəxt hiss etmək istəyirik. O qədər möhtacıq ki bu hissə. Şüuraltımız bu möhtaclığımız və ehtiyacımızı bildiyindən “xoşbəxt ol” arzusu ən xoş diləklərimiz arasında ilk sıralardadı. Amma xoşbəxtlik tapıntımız hər zaman uğurlu nəticə vermir. Bəzən hətta təhlükəli hal alır. Məsələn, narkomandan xoşbəxtlik nədir deyə soruşşaq, cavabı əlbəttə ki narkotik olar. Alkoqolik insan üçün də spirtli içkilər. Bəzi qadınların xoşbəxtlik səbəbi dəli kimi alış-veriş etməkdir. Bəzilərimizi isə daha məsum və zərərsiz fəaliyyətlər xoşbəxt edir. Məsələn, rəsm çəkmək, ağaclara qulluq etmək, gül-çiçək əkmək, kitab oxumaq, sevdiyimiz şəxsin güldüyünü görmək və s. Siyahının sonu yoxdur. Bu “çeşidliliyin” səbəbi var əlbəttə. Sən demə, xoşbəxt hiss etməyimizi təmin edən bir mexanizm var imiş. Baş rolda da dopamin adlı hormon oynayırmış. Beynimizdə çox kiçik yer tutan mükafat mərkəzi dopaminin ifraz edilməsini təmin edirmiş.
Dopamin - xoşbəxtlik hormonu
Həyatında bir dəfə olsun xoşbəxt olan biri o hissin, yəni dopamin ifrazını necə möhtəşəm hiss olduğunu bilir. Sözügedən hormon motivasiya, arzularımızı həyata keçirmək, hər gün səhər yerimizdən qalxıb hansısa bir məqsədin arxasınca getmək, həyatdan, yaşamaqdan həzz almaq üçün çox böyük əhəmiyyət daşıyır. Həmin hormonun yoxluğu depresiya, nikbinlik və özünü bədbəxt hissetmə halları yaradır. Dopamini təhlükəli edən isə asanlıqla ondan asılı hala gəlməyimiz və hər dəfəsində daha artığını istəməyimizdi. Yəni, əgər “brownie” kimi möhtəşəm ləzzətə malik şirniyyat dopamin səbəbidirsə, heç vaxt bir dəfə yeməklə kifayətlənmirik. Hər gün, hətta hər dəfəsində daha da ləzzətli şirniyyatlar axtarışında oluruq. Yəni, dopaminin varlığı bir dərd, yoxluğu ayrı bir dərd desək, yanılmarıq. Bununla bağlı siçanlar üzərində maraqlı təcrübə aparılıb. Siçanın beyninə mükafat mərkəzindən dopamin ifrazını təmin edən elektrik siqnalı ötürülür. Siçanın olduğu qəfəsin içinə yemək, su və həmin elektrik siqnalını ötürən düymə yerləşdirilir. Bir müddət sonra şiçan həmin düymənin nə işə yaradığını kəşf edir və yeyib-içmədən ölüm həddinə çatana qədər düyməyə basır.

Dopaminin təhlükələri
Xoşbəxtlik nədir
Yəni, əziz oxucu, dopaminin məhz beynimizdə ifraz olunması məşhur “xoşbəxtlik içinizdədir, kənarda axtarmayın” deyimini təsdiqləyir. Təəssüflər olsun ki, günümüzün xoşbəxtlik oyunları bu deyimin mahiyyətini öldürür. Əgər xoşbəxtlik pulla alına biləcək qədər asan əldə olunursa, daha niyə həyatımızın məqsədi xoşbəxtliyi axtarmaqdır? Və ya sualı başqa cür verim – həyatımızın məqsədi pulla alına biləcək xoşbəxtliklər olmalıdır mı? Bu qədər bəsit olması normal deyil sanki. Belə olan halda mənə iki seçim varmış kimi görünür. Ya bizim üçün xeyli təhlükə yarada bilən dopamini beynimizdən çıxartmalıyıq, ki bu mümkün deyil. Ya da dəyəri maddiyyatla ölçülə bilməyən səbəbləri kəşf edib həyatımızı ona həsr etmək. Doğruluğun, vicdanın, yardımlaşmanın, özünə və ətrafındakılara faydalı olmanın, mənəviyyatın ön planda olduğu səbəblər heç də pis fikir deyil. Düşünürəm, yalnız bu halda xoşbəxtliyə qafiyə tapa bilərik.
Qeyd. Kino tariximizdə Bəxt üzüyü kimi möhtəşəm filmin olmasından qürur duyuram və bu filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə buradan sevgilərimi və hörmətlərimi bildirirəm.
Mənbə
- S.Karaismailoğlu, Beyinde araken bağırsakta buldum, İSBN 6059367165, 2017
- https://www.youtube.com/watch?v=IbMz3z7qKD8
- https://images.app.goo.gl/L4waG2j2n8BRJfHq6
- https://images.app.goo.gl/sDQxxdek9cm1cm6F9
Çox gözəl məqalədir Xədicə. Mənim üçün xoşbəxtlik kiməsə bu hissi bağışlamaqdır. Kiminsə üzünü güldürə bilirsənsə bu artiq xoşbəxtlikdir. Birdə ən böyük xoşbəxtlik özünü səni anlayanların içində tapmaq, hiss etmək, bundan gözəl bir şey yox məncə.
Çox sağ ol, Aygün🥰Şadam ki, bəyəndin❤️Fikirlərinlə razıyam☺️
Çox gözəl…elmi ve hisslərlə yazılmış təsirli bir yazı🙂
Çox sağ ol☺️
Her cumlende o qeder heqiqet gizlidirki meni chox duwundurdu ve bezen elementar weylerden nece xowbext oldugumuzu duwunuruk! Ama senin meqaleni oxuyandan sonra sual yarandi beynimde biz ya chox safiq, ya chox aciz ve ya ozumuzu xowbext hiss edecek elementar bir hadise axtaririq! Senin dediyin kimi bu gunedek helede xowbextliyin ne oldugunu bilmemiwem ve esl xowbextliyi ovlad olaraq deyerlendirmiwem! Bu goze meqalen uchunde ve her kesi mariflendirdiyin uchun sene xususi tewekkurumu bildirirem 😘😘🥰🥰🌷🌷
Zamanını ayırıb oxuduğun üçün mən təşəkkür edirəm☺️❤️❤️💋💋Razıyam, övlad, ailə, dostluqlar sahib olduğumuz ən doğru xoşbəxtlikdir. Qalan şeyləri çox da ciddiyə almamaq lazımdır😉