Şeir kimi qadın
Əziz oxucu,
Gəl, sənə şeir kimi qadından danışım.. O ki bir şairin ən sevimli misralarını bəzəyəcək gözəllikdədir.. Günəş o qədər aşiqdi ki o qadına, sevgisini xatırladacaq izlər buraxır üzündə..
Qısa saçları qəlbi kimi yupyumşaq, ipək kimidir. Çətindir qəlbinə yol tapmaq. Hər kəs bacarmaz. Qəlbi elə narin, elə kövrək, elə həssasdır ki.. Hər kəsə əmanət edilməz. Şüşəni qırmaqdan daha asandır qəlbini qırmaq.
Heç sevməz gözlərinin ətrafındakı qırışları. Yəqin, xəbərsizdir qırışların o gözəl üzündən heç nə əksiltmədiyindən. Ürəyində qopan tufanları əks etdirən qonur gözlərini tellərinin altında gizlədir. Qaşları da qalxan olub bu gözəl gözlərə. O tufanları heç kim bilməsin, heç kim görməsin deyə.. Yaşadıqlarından susqunlaşar bəzən.. Həyat çox sınayıb onu, çox imtahanlardan keçib. Lakin, nə qədər yorulsa da, üzülsə də, incinsə də, ağlasa da, dimdik ayaqda, mənəviyyatından heç nə itirmədən mübarizəsinə davam edər. Çünki, güclü qadındır, həyat asanlıqla yıxa bilməz onu.
Hər kəslə yaxınlıq etməz, ünsiyyət qurmaz. Çünki, özü, sözü, söhbəti dəyərlidir, hər kəs anlamaz. Məsafəlidir hər zaman. Bəziləri anlamaz yumşaq yoxsa sərt xarakterli olduğunu. Onu tanımayanlar, bilməyənlər dürüst, məqsədsiz, canayanan dostdan, yoldaşdan məhrumdurlar. Səmimidir, içindən gəldiyi kimi davranar. Amma kimsələrə əzdirməz özünü. Məğrurdur, ləyaqətinə toxunulmasına icazə verməz. Ağıllı qadındır, yerini, sözünü, davranışını biləndir. Kiməsə möhtac olmağı sevməz. Qürurludur. Sözü ilə əməli birdir. Düşüncələrini, duyğularını ifadə etməkdən qorxmaz. Doğru bildikləri üçün sonuna qədər mübarizə aparar. Mərhəmət doludur. Heç bir canlıya zərər verməyə qıymaz. Heyvanları, gülləri, təbiəti çox sevər. Dünyanın heç yerində onun əllərindən çıxmış yeməklərdən ləzzətlisini tapmaq mümkün deyil. Əllərində həyat var sanki, toxunduğu hər şey canlanar, gözəlləşər.
Ədalətdən, mərhəmətdən, sevgidən bəslənən özünəməxsus dünyası var. Bu səbəbdən dünyanın çirkinlikləri ilə barışa bilmir. Üzündə təbəssüm olsa da ətrafdakı ədalətsizlik, səmimiyyətsizlik, pislik necə də ağırdır ona.. Necə də ağrıdır qəlbini, incidir.. Çünki, bu dünyanın insanı deyil.. Bu insanlar, bu dünya ona layiq deyil.. Qiyamətlər qopsun gərək, dünya dursun bu incə ruhlu qadının üzündə gülüşü solanda.. Yerlər, göylər inləsin.. Axı bəşəriyyətin görüb-görəcəyi ən gözəl mənzərələrdən biri onun gülən üzüdür.. Qəflətdədir bəşəriyyət, yəqin ondan susub..
Həm də, necə gözəl anadır o. Övladı üçün hər şey edər, hər şeydən, özündən vaz keçər. Heç bir fədakarlıqdan qaçınmaz. Gəncliyini, ömrünü, sahib olduğu hər şeyi ailəsinə sərf edən böyük ürəkli qadındır. Vur-tut əl içi boyda ürəyinə sığdırdığı okeanlardan da dərin sevgini heç bir insan öz anlayışına sığdıra bilməz. Sevdiklərinə zərər gəlməsin deyə hər şey edər. Şərtsiz, qarşılıq gözləmədən, ən saf, ən təmiz duyğularla sevər.
Cənnətdir o.. Bütün yaralara məlhəmdir..
Gözəldir o..
Ulduzlardan, Aydan, Günəşdən daha gözəldir..
Çünki qəlbi gözəldir..
Şeir kimi qadındır o..
Oxuyan, oxuya bilən hər kəs aşiqdir ona..

Özünü sev, gözəl qadın..
O gül üzündəki qırışlarını sev, ləkələrini sev..
Üzmə Günəşi..
Gül.. Həmişə gül..
Sən gül ki Günəş də gülsün..
Sən gül ki mən də gülüm..
Tanıdığım o qadının möhtəşəm təsviri!! Mən də o qadınla bağli fikirlərə köklənsəm eynən bu zərif cümlələri qurardım.Qələminə qüvvət,ruhuna sağliq,dəyərli qızım ! Allah o gözəl ruhlu qadıni sənə çox görməsin…
Çox sağ olun, minnətdaram☺️❤️Amin İnşallah🙏🏻
Sanki oxudugum kitabi tekrar oxumus kimi hiss ettim eyni zamanda bedenimde bir üperti de hiss ettim cünki bu hekayenin kimden behs ettiyini bilirdim .Eziz muellif siz ki bu qeder zerger deqiqliyi ile yazmisiniz bu gözel qadinin hekayesini qeleminiz ureyiniz var olsun . Beli o böyuk ureye sayili insanlar kök sala biler,özumu o insanlardan biri kimi görürem,yaxşi ki taniyiram o şeir kimi qadini .Sevgilerimle😘🌹
Yaxşı ki biz də səni tanıyırıq☺️Gözəl sözlər üçün minnətdaram💋💋