Sehrli şəhər

When a man is tired of London, he is tired of life; for there is in London all that life can afford

Samuel Johnson

2017-ci ildə hər zaman xəyalını qurduğum arzum gerçəkləşdi. Təhsilimi davam etdirmək üçün İngiltərinin Şefild şəhərinə yollandım. Şefilddəki tələbəlik xatirələrimi başqa yazımda uzun-uzun danışaram. İndi isə xəyallarımın şəhəri ilə ilk tanışlığım haqqında danışmaq istəyirəm. 

Şefilddə yaşamağa başlayandan tələbə yoldaşlarımla fürsətimiz olduqca İngiltərənin digər şəhərlərini ziyarət edirdik. Yeni il üçün isə möhtəşəm Londonu seçmişdik. İlk dəfə idi evimdən, ölkəmdən kənarda yeni ili qeyd edəcəkdim, ona görə də hər şey qüsursuz olsun istəyirdim. Hara gedəcəyimizi, nələr edəcəyimizi əvvəlcədən planlamışdıq əlbəttə. Getmək vaxtı gələndə çəmədanlarımızı yığıb düşdük yollara. O qədər həyəcanlı idim ki. Uşaqlıqdan bəri görmək istədiyim şəhəri bir-neçə saata görəcəkdim. Bizi təyinat nöqtəsinə çatdırması üçün o məşhur Kings Cross stansiyasını seçmişdik. Hansı ki, Harry Potter məhz bu stansiyadan öz sehrlər aləminə yollanırdı.

Elə şəhərə atdığım ilk addımda bir daha anladım ki, beşinci sinifdə oxuyarkən Londonun şəkillərini ingilis dili kitabında gördüyüm anda bu şəhərə aşiq olmaqda haqlı imişəm. Şəhərin demək olar ki hər addımında rast gəlinən qırmızı telefon və poçt qutuları, bunlarla harmoniya təşkil edən qırmızı avtobuslar, kiçik ama şirin evlər, möhtəşəm muzey və körpülər, krallığa məxsus saraylar və əlbəttə ki sevimli Big Ben. Etiraf edirəm ki, İngiltərəni bu qədər çox sevməyimdə və hər zaman buranı görməyi xəyal etməyimdə Harry Potter-in də payı az olmayıb. Məncə, J.K.Rowling sehrdən danışmaq üçün bundan daha uyğun yer tapa bilməzdi.

Niyə bilmirəm amma tarix qoxan, əsrlərlə yaşanmışlıqları olan yerlərdə özümü daha huzurlu hiss edirəm. Belə yerlərlə aramda adını qoya bilmədiyim bir bağ var sanki. Bu səbəbdən, mənim üçün Londonu təsvir etmək nə şəkillərə, nə də cümlələrə sığmaz. Xüsusilə, günəş batarkən şəhərin füsunkar gözəlliyinin yalnız canlı şahidi olmaq lazımdır. Əlbəttə ki, şəhəri ikiyə ayıran Temza çayının bu mənzərədəki xüsusi yerini unutmaq olmaz. Düşünürəm, yəqin ki bu görüntünün William Shakespeare, Jane Austen, Charlotte Bronte, Thomas Hardy kimi yazıçıların yaradıcılığına təsiri az olmayıb. Çox təəssüf ki, təmirə bağlı olduğundan sevimli Big Ben-i ziyarət edə bilmədim. Amma məncə bu yaxşıya işarədi. Nə də olsa, təmirdən çıxmış Big Ben-i görmək Londonu yenidən ziyarət etmək üçün yaxşı səbəbdir.

Gəzdiklərim&gördüklərim

Əziz oxucu, ilk öncə təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Londonu qarış-qarış gəzəcək qədər fürsətim olmadı. Buna baxmayaraq, şəhərin bəzi möhtəşəm yerlərini gəzib, bol-bol şəkil çəkdirmək imkanım oldu. İcazənlə bu yerləri sənin də diqqətinə çatdırmaq istəyirəm.

Muzey&Kilsə

Çox sevinirəm ki, Londonun o dillərə dastan muzeylərində (ən azından bəzilərində) elmə və tarixə şahidlik edə bilmişəm. Əgər bir gün sənin də yolun Londona düşərsə, aşağıdakı muzeyləri ziyarət etməyini şiddətlə tövsiyyə edirəm:

  • The British Museum
  • Natural History Museum
  • Science Museum
  • Westminister Abbey: A royal church

Sadaladığım hər üç muzey eksponat baxımından o qədər zəngin idi ki, ayrılıqda hamısını gəzməyə azı 1 həftə vaxt tələb olunar. Getdiyim muzeylər arasında ən sevdiyim Natural History Museum oldu. Çünki, orada yaradılışa bir daha heyran qaldım. Dünya yaranandan bu günə qədər bütün canlılar aləmi geniş bölmələrdə ən xırda detalına qədər düşünülüb, təsvir edilmişdi. Hətta, böyük bir hissə Darvinin təkamül nəzəriyyəsinə həsr olunmuşdu. 

Ümumiyyətlə, İngiltərədə qaldığım müddətdə qarşıma çıxan kilsələri ziyarət edirdim. Başqa dini və inancları kəşf etmək maraqlı idi. Ziyarət etdiyim kilsələr içində ən əzəmətlisi əlbəttə ki Westminister Abbey idi. Uzun illərdir bir çox dini, tacqoyma,  toy və dəfn mərasimlərinin keçirildiyi bu qocaman tikilinin özünəməxsus abu-havası var. Bu cür möhtəşəm mərasimlərin keçirildiyi yerdə olmaq mənim üçün çox dəyərli idi.

Əyləncə

Əminliklə deyə bilərəm ki, Londonda hər kəsin zövqünə uyğun həm öyrənə, həm də əylənə biləcəyi fəaliyyətlər mövcuddur. Mən də mümkün qədər bu fəaliyyətlərdən yararlanmağa çalışdım:

  • The official London Eye
  • Madame Tussauds
  • Sea life London
  • London Dungeon
  • The View from the Shard
  • Stamford Bridge – Chelsea Football Stadium

Yuxarıda qeyd etdiyim yerlər, məncə, zaman ayırmağa dəyəcək yerlərdir. Düşünürəm, Londona gedib London Eye-dan şəhərin füsünkarlığını seyr etməmək günah olar. The View from the Shard isə Londonun ən hündür binası olduğundan, şəhərin gözəlliyinə şahid olmaq üçün başqa alternativdir. Hər nə qədər futbola marağım olmasa da, Chelsea stadionunu gəzmək mənim üçün fərqli təcrübə idi. Bunlardan əlavə, Hyde park, Trafalgar square, Oxford street şəhər sakinlərini, binalarını izləmək, küçə musiqisindən zövq almaq üçün əla seçimdir. 

Bundan bir neçə il öncə London  mənim üçün sadəcə xəyal idi. İndi isə tarixin izlərini daşıyan küçələrində gəzdiyim, ən möhtəşəm yerlərini ziyarət etdiyim, ömrüm boyunca unutmayacağım ən gözəl xatirələrimdən biridir. İndi o günləri yada salanda hiss etdiyim sonsuz şükür və sevincdir. 

church
church
London Shard
London Eye
Oxford street
Oxford street
Oxford street
Darwin
Slide
church
Westminster Abbey
Westminster Abbey
church
Westminster Abbey
Sience museum
Science museum
Science museum
The View from the Shard
London Shard
The View from the Shard
London Eye
London Eye
London Eye
Oxford street
Oxford street
Oxford street
Oxford street
Oxford street
Oxford street
Natural History Museum
Natural History Museum
Natural History Museum
Natural History Museum
Natural History Museum
Natural History Museum
St Pancras
St Pancras
St Pancras Railway station (Dəmiryol stansiyası)
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

Leave a Reply