Ətrafda baş verən hər şeyi bir-birilə əlaqələndirməyə çox böyük marağı olan beynim saçlarımın uzanmamasından da bir əlaqə çıxartmışdı. Mən də beynimin bu analizini dəyərləndirdim. Və vaz keçdim..
Bu gün mənim nə az, nə çox düz 30 yaşım tamam olur. Necə deyərlər, bir igidin ömrü.. Bir vaxtlar buruq saçlı, yumru sifət, balaca qız idim. İndi böyümüşəm..
Öyrəndikcə dərk edirəm ki, bu həyatda ən böyük yatırımı məhz elə öz beynim üçün etməliyəm. Çünki, həmin yatırımlar olmadan cahillikdən, önyargılardan, əsassız düşüncə qəliblərindən ibarət beynin hökmlərinə məhkum oluruq. Öz adıma belə bir beyni çiyinlərim üzərində daşımaq istəmirəm. Bu, sonsuz qallaktikaların analogiyası olan neyronlarıma etdiyim ən böyük haqsızlıq olar.
ÜZR İSTƏYİRƏM
..Bunlar 28 illik ömrümə sığdırdığım səhvlərimin hamısı deyil əlbəttə. Xeyli az hissəsidir. Amma yenə də bu üzrüm burada qalsın. Təkrar - təkrar oxuyum, özümə xatırladım, unutmayım, yaddaşıma həkk edim. Əgər unutsam, həyat xatırlatmaqda gecikməsin. Ki indiyə qədər heç vaxt gecikməyib..
ŞEİR KİMİ QADIN
O ki bir şairin ən sevimli misralarını bəzəyəcək gözəllikdədir..
Günəş o qədər aşiqdi ki o qadına, sevgisini xatırladacaq izlər buraxır üzündə..
Cənnətdir o.. Bütün yaralara məlhəmdir..
Gözəldir o.. Ulduzlardan, Aydan, Günəşdən daha gözəldir.. Çünki qəlbi gözəldir..
Şeir kimi qadındır o.. Oxuyan, oxuya bilən hər kəs aşiqdir ona..