Bir kitab, bir film, bir musiqi

Əziz oxucu, ilk öncə onu deyim ki, burada paylaşacaqlarım göstəriş xarakterli deyil. Mən oxuduğum kitabları sən də oxumalı, mən izlədiyim filmləri sən də izləməli, mən dinlədiyim musiqiləri sən də dinləməlisən deyə bir qayda yoxdur. Hamımızın öz həyat yoluna, düşüncə tərzinə uyğun şəxsi seçimlər etməsi daha məqsədəuyğundur. Məqsədim sadəcə oxuyarkən, izləyərkən, dinləyərkən hiss etdiklərimi səninlə paylaşmaqdır. Vaxtaşırı marağımı cəlb edən, fərdi inkişafıma qatqısı olan kitab, film və dinləməkdən çox zövq aldığım musiqilərə burada yer ayıracağam. Oxuyub hislərimə həmdəm olsan, nə xoş mənə. Bununla yanaşı, sən də sevdiklərini mənimlə paylaşsan ayrıca minnətdar olaram.

Sevgilə qal.